"Qəbələ" ilə oyundan sonra iki gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib. Həftəsonu mövsümün son oyununda "Qarabağ"la qarşılaşacaq komandamız Bakı Olimpiya Stadionunun əsas meydanında hazırlıq keçib. İsmail Azzaui səhhətindəki problemlə əlaqədar məşq prosesinə qoşulmayıb.

Oyun mayın 26-da Azersun Arenada keçiriləcək. Saat 19:30-da start götürəcək görüş CBC Sport-la canlı yayımlanacaq.